Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2021 14:10
Əməkdar artist Cavanşir Məmmədov açıqlaması ilə müzakirələrə səbəb olub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni "Tarixin bir günü" verilişində sənət adamları ilə bağlı ideya irəli sürüb. O bildirib ki, insanlardan müğənnilərə yardım üçün pul yığmaq lazımdır:
"Bankda hesab açılmalıdır. Tutaq ki, Cavanşir Məmmədov "Xalq artisti" olmaq istəyir, xidmətlərim buna yol verir. 10 milyon millətimiz var. 5 milyonu kənara qoyaq, qalan beş milyon 50 qəpikdən 5, 10 minə qədər, gücü nəyə çatırsa, hesaba köçürsün. Hesabda 5 milyon yarandıqdan sonra Mədəniyyət Nazirliyinin balansında olsun. Sənət adamları xəstələnəndə həmin pul ona xərclənsin. Demir, filan müğənnini sevirəm, ona 50 qəpik, 1 manat verəndə dünya dağılır? O pul yığılandan sonra təsdiq edir ki, müğənnini sevirlər".
İfaçının bu fikirləri sosial şəbəkədə tənqid edilib.