Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Realiti-şounun iştirakçısı çəkilişlərlə bağlı qəddar həqiqəti açıqladı - FOTO

Realiti-şounun iştirakçısı çəkilişlərlə bağlı qəddar həqiqəti açıqladı - FOTO

Tarix: 7 Dekabr 2021 16:06

"America's Next Top Model" realiti-şousunun 9-cu mövsümünün iştirakçısı şounun qəddar çəkiliş şəraiti ilə bağlı həqiqəti açıqlayıb.

"Plus size" model Sara Harştornun sözlərinə görə, təzə başlayan modellərə gündə cəmi 40 dollar ödənilirdi, prodüsserlər isə onları yeməklə təmin etmədiklərindən iştirakçılar bu pulu tamamilə yeməyə xərcləyirdi. Həmçinin iştirakçıların mikrodalğalı soba almaq imkanı olmayıb.

Halbuki, verilişin aparıcısı olan supermodel və aktrisa Tayra Benks bir çəkiliş ilində 30 milyon dollar qazanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 34 yaşlı Harştornun sözlərinə görə, komanda müsabiqə iştirakçılarını qorxudaraq məxfiliklə bağlı bir sıra sazişlər imzalamağa məcbur edib. Belə müqaviləni qızların yaxın olduğu qohumları da imzalamalı idi.

Hartşornun bununla bağlı "Twitter" hesabında paylaşımı sosial şəbəkədə sürətlə yayılıb.

Bundan sonra model layihəni pisləmək istəmədiyi barədə yeni paylaşım edib.

"Mən heç bir zaman  layihədən nifrət etdiyimi deməmişəm. Hər kəsi həyəcanlandıran tvit ancaq quru rəqəmlər və faktlardır. Həyatımda belə təcrübə olduğu üçün çox şadam, ancaq həmçinin hesab edirəm ki, bizə ödəniş edilməli idi, çünki bu ədalətlidir", - deyə o bildirmişdi.

Sonda Harştorn "Top Model"də iştirakın qaliblərə və digər iştirakçılara karyera pillələri ilə yüksəlməyə kömək etmədiyini vurğulayıb.

Milli.Az


Etiketlər:  Realiti şounun iştirakçısı çəkilişlərlə bağlı qəddar həqiqəti açıqladı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ