Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2021 19:40
Kerimcan Durmaz "Altın Kelebek" mükafatlarında "Ən yaxşı klip" nominasiyası üzrə namizəd olan "Peşimde" klipinin qalib olmamasına sərt reaksiya verib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, o, ilin ən yaxşı klipi seçilən Burayın "Deli kız"ı haqda bunları söyləyib:
"Bir neçə gün öncə "Ən yaxşı klip" mükafatının kimə gedəcəyini öyrəndim. Öyrənəndən sonra gecəyə qatılmadım, göz, nizam, ağıl və məntiq var. "Peşimde" ilə "Deli kız" müqayitə etmək nədir, yan-yana belə qoya bilməzsiniz".