Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2019 16:21
Bakı. Trend:
İngiltərə hökuməti oktyabrın 14-dək parlamentin fəaliyyətini dayandırmağa hazırlaşır.
Trend-in məlumatına görə, İngiltərə hökuməti millət vəkillərinin Brexit şərtləri ilə bağlı razılaşma olmadan ölkənin Avropa İttifaqından çıxmasını əngəlləməsi üçün parlamentin işini oktyabrın 14-dək dayandırmağa hazırlaşır.
Baş nazir Boris Consonun rəhbərlik etdiyi hökumət Kraliça II Yelizavetanın taxt çıxışını (parlamentin yeni iclası açılır) oktyabrın 14-nə təxirə salacaq. Buna görə, deputatların Brexit ilə razılaşmadan İngiltərənin AB-dən çıxmasını dayandırmağa cəhd etməyə vaxtları olmayacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin