Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəkərli diabetdən əziyyət çəkənlərə şad xəbər

Şəkərli diabetdən əziyyət çəkənlərə şad xəbər

Tarix: 9 Dekabr 2021 08:03

Oramed Pharmaceuticals Inc kompaniya (İsrail) həb şəklində insulin hazırlayıb. Hal hazırda yeni preparatın kliniki araşdırmaların 2-ci mərhələsi sona çatıb.

Araşdırmada 2-ci tip şəkərli diabetdən əziyyət çəkən 180 pasiyent iştirak edib. Reuters xəbər verir ki, eksperiment çox yaxşı nəticələr verib. Heç bir pasiyentdə yanaşı effektlər, hipoqlikemiya və s. pozulmalar aşkar olunmayıb.

Araşdırmalar davam edəcək. Araşdırmaların nəticəsi müsbət olduğu halda insulin həbləri gələcəkdə ənənəvi inyeksiyaları əvəz edə bilər.

Alimlər bu araşdırmanın nəticələrini çox müsbət qiymətləndirir. Onların fikirinə görə, bu yenilik bir çox problemlərin qarşısını ala bilər. Həkimlərin müşahidələrinə görə, inyeksiyalar bir çox pasiyentlərdə qorxuya, həyəcana səbəb olur. Bu səbəbdən bəzi pasiyentlər vaxtında inyeksiya etmir ki, bu da onların sağlamlığına və xəstəliyin gedişatına mənfi təsir göstərir.


Etiketlər:  Şəkərli diabetdən əziyyət çəkənlərə şad xəbər


RƏYLƏR