Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şənliyə qatılan baş nazir xalqdan üzr istədi

Şənliyə qatılan baş nazir xalqdan üzr istədi

Tarix: 9 Dekabr 2021 10:44

Finlandiya Baş naziri Sanna Marin ötən şənbə axşamı bayram tədbirində iştirak etdiyi üçün ictimaiyyətdən üzr istəyib.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, şənliyə qatılan S.Marinin özünü təcrid etməsi üçün onunla bir neçə dəfə əlaqə yaradılmasına cəhd göstərilsə də, bu, baş tutmayıb. Belə ki, baş nazirdə hökumət telefonu olmadığından o, hər hansı mesaj almayıb.

"Mən bütün təlimatları bilməli idim. Buna görə də bütün məsuliyyəti öz üzərimə götürürəm. Dərhal tədbirlər görmək lazımdır ki, eyni hal təkrarlanmasın", - deyə Sanna Marin bildirib.

Qeyd edək ki, Finlandiyada nazirlərdən birində koronavirus aşkarlandığı üçün bir sıra hökumət rəsmiləri, o cümlədən nazirlərə özünütəcrid rejiminə keçmək təlimatı verilib.


Etiketlər:  Şənliyə qatılan baş nazir xalqdan üzr istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ