Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2021 14:36
Gürcüstan dekabrın 10-da keçiriləcək "altılıq" ("3+3") platformasının iclasında iştirak etməyəcək.
Bu barədə Gürcüstan Xarici İşlər nazirliyi (XİN) məlumat yayıb.
"Xarici İşlər Nazirliyi dəfələrlə regional əməkdaşlığı nəzərdə tutan 3+3 formatında iştirakla bağlı dəqiq mövqeyini ortaya qoyub. Sonuncu dəfə parlament dinləmələrində də nazirlik bu məsələyə toxunub. Biz bu formatda iştirakı nəzərə tutmuruq, bu səbəbdən də Gürcüstan bu görüşdə təmsil olunmayacaq", - deyə Gürcüstan XİN-in əməkdaşı "Exo Kafkaz"ın suallarını cavablandırarkən bəyan edib.
Qeyd edək ki, görüş dekabrın 10-da Moskvada keçirilməlidir.