Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2021 18:40
Muz TV-nin proqram direktoru, prodüser və şoumen Andrey Razyrayev kanaldan qovulduğunu açıqlayıb.
Sonxeber.net xəbər verir ki, onun gedişi məhkəmənin efirdə gey təbliğatına görə onu 100 min rubl cərimə etməsindən sonra baş verib. Bu barədə onun "Facebook" səhifəsində dərc olunmuş paylaşımından məlum olub.
"Muz-TV-ni tərk edə bilərsiniz, amma Muz-TV sizi heç vaxt tərk etməyəcək" - deyə o bildirib.
Moskva məhkəməsi yetkinlik yaşına çatmayanlar arasında qeyri-ənənəvi cinsi əlaqəni təbliğ etdiyinə görə Razyrayevi 100 min rubl məbləğində cərimələyib. Bundan əvvəl Muz-TV kanalı oxşar qanun pozuntusuna görə bir milyon rubl məbləğində cərimə edilmişdi. Səbəb 4 iyun 2021-ci il tarixində "Muz-TV Prize 20/21" tədbirinin yayımı ilə bağlı pozuntu olub.
Anar Əli