Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2021 12:30
Böyük Britaniyanın baş naziri Boris Conson və həyat yoldaşı Kerri valideyn olublar. Cütlüyün qızı dünyaya gəlib.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, İngiltərə baş nazirinin həyat yoldaşı hamilə olduğunu iyul ayında açıqlamışdı.
Ana və uşağın vəziyyətinin yaxşı olduğu bildirilir.
Boris və Kerri Conson üçün bu ikinci ümumi uşaqdır. 2020-ci ilin aprelində onların oğlu dünyaya gəlib.
Consonun vəkil Marina Uiler ilə evliliyindən daha dörd övladı var.