Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2021 13:06
Rusiyanın "Wildberries" beynəlxalq internet mağazasının təsisçisi Tatyana Bakalçuk sərvət artımı faizinə görə bütün dünya milyarderləri arasında lider olub.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, ABŞ-ın məşhur "Forbes" nəşrinin məlumatına görə, sahibkar sərvətini il ərzində 1 000 faizdən çox artırmağa müvəffəq olub.
Mənbə yazır ki, T. Bakalçuk 13 milyard dollar sərvətlə dünyanın ən varlı adamları siyahısında 165-ci yerdədir.
Bir il əvvəl onun sərvəti bir milyard dollar qiymətləndirilirdi.
Tatyana Bakalçuk rusiyalı iş adamlarının reytinqində 13-cü, ən varlı qadınları siyahısında isə birinci sıradadır.
Sərvətini kəskin artıran digər rusiyalı isə "Telegram"ın rəhbəri Pavel Durov olub.
37 yaşlı sahibkar 17,2 milyard dollar sərvətlə "Forbes"in reytinqində 113-cü yerdə qərarlaşıb.