Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2021 14:10
Fövqəladə Hallar Nazirliyinin Kinoloji Mərkəzinin xüsusi təlim görmüş itləri.
Bu heyvanlar hələ yeni doğularkən seçilir və bələdçilərə təhkim olunur. 7 ay ərzində həmin itlərlə sosiallaşdırma tədbirləri həyata keçirilir. Məsələn, ərazilərə uyğunlaşdırılır, yol kənarlarında, binalarda, qapalı məkanlarda davranış qaydaları öyrədilir.
Bu prosesləri tam öyrəndikdən sonra itlər xüsusi təlimlərə cəlb edilir. Artıq onlar partlayıcı qurğuların, maddələrin aşkarlanması, o cümlədən canlı, dağ-meşə şəraitində itkin düşmüş insanların, cəsədlərin axtarışı həmçinin gizlədilən mina və silah-sursatların aşkar olunması prosesləri təlimlərini alır.
Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, artıq nazirliyin qeyd edilən proseslər üzrə kifayət qədər xüsusi təlim görmüş itləri var.
Elə bunu əyani olaraq göstərmək üçün FHN-in Kinoloji Mərkəzində təlim görən və saxlanılan itlərdən birinin təlim prosesini çəkdik.
Beləliklə, it təhlükəli əraziyə gətirilir. Axtarışa hazır vəziyyətə gətirildikdən sonra komanda verilir.
Şərti prosesin əyani sübutu göz önündədir.
Bu zaman it heç bir hərəkət etmədən və hürmədən yerə oturaraq partlayıcı qurğunun avtomobildə olduğunu aşkar etdi. Həmin prosesdən sonra təlimatçı partlayıcı maddənin aşkar edildiyini işarə verərək əlini qaldırdı.
Bundan sonra pirotexniklər qurğunun aşkar edildiyi yerə gəlir və onu zərərsizləşdirir.
Beləliklə, proses yekunlaşmış sayılır.