Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Testosteron kişiləri infarktdan və insultdan qoruyacaq

Testosteron kişiləri infarktdan və insultdan qoruyacaq

Tarix: 11 Dekabr 2021 07:03

Amerika alimləri tərəfindən keçirilmiş araşdırmalar sübut edib ki, testosteron terapiyası ürəyin işemiya xəstəliyindən əziyət çəkən kişilərdə insult və infaktın riskini xeyli azalda bilər.

Araşdırmada 58-78 yaşlar arası 755 kişi iştirak edib. Ürəyin işemiya xəstəliyindən əziyyət çəkən bu kişilər  3 qrupa bölündü. Birinci qrup testosteron almırdı, 2-ci qrup kişilərə az miqdarda, 3-cü qrup kişilərə isə yüksək miqdarda testosteron yeridilirdi.

3 il davam edən bu eksperiment göstərib ki, yüksək dozada testosteron alan kişilərdə infark və insult daha az hallarda inkişaf edirdi.

MedicalDaily xəbər verir ki, alimlər testosteron terapiyanı effektli hesab edir və araşdırmaları davam etdirməyi planlaşdırır.


Etiketlər:  Testosteron kişiləri infarktdan insultdan qoruyacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ