Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2021 09:20
"Tesla" elektrik avtomobillərinin istehsalçısı İlon Mask 2,2 milyon opsiondan istifadə edərək vergi ödəmək üçün öz şirkətinin 963 milyon dollarlıq səhmlərini satıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının sənədlərinə istinadən məlumat yayıb.
Xatırladaq ki, Mask noyabrdan etibarən şirkətdəki payını azaltmağa başlayıb. Təkcə son 5 həftə ərzində o, təxminən 11,8 milyard dollar dəyərində "Tesla" səhmlərini satıb.
Qeyd edək ki, "Forbes" reytinqinə əsasən, noyabrın 1-də İlon Mask tarixdə sərvəti 300 milyard dolları ötmüş ilk şəxs olub. Hazırda Maskın sərvəti 266 milyard dollar hesablanır.