Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rahat yaşamaq üçün... PSİXOLOQ rəyi

Rahat yaşamaq üçün...  PSİXOLOQ rəyi

Tarix: 12 Dekabr 2021 05:03

Bu deyimi yəqin ki, çox eşitmişik. Bu deyimlə razılaşan və ya bu deyimə qarşı çıxan insanlar da az deyil. Ancaq mən bu deyimlə tam razılaşanlardanam.

Həqiqətən də insanın yaşadığı həyat əslində onun düşüncələrinin məhsuludur. Bəs müsbət düşünmək və hər bir hadisəyə pozitiv baxmaq mümkündürmü? Bəs bu bizdə anadangəlmə olur yoxsa sonradan qazanıla bilərmi?

Əlbətdə, bu sualın ən düzgün cavabını  öz həyatımızda tədbiq etməklə öyrənə bilərik. Araşdırmalar göstərir ki, pozitiv düşünməyi beynimizə öyrədə bilərik.

Əgər sizin həyatınızdakı qayəniz rahat və xoş hisslərlə pozitiv yaşamaqdırsa, onda aşağıdakıları öz həyatınızda tətbiq edə bilərsiniz.

1. Ağlımızdakı pozitiv duyğu və düşüncələrin sayını artırmaq. Bir çox tədqiqatlara görə zehnimizdəki düşüncələrin çoxu müsbət olanda biz özümüzü daha xoşbəxt hiss edirik. Bəs bunu necə bacara bilərik? Bunu etməyə kiçik bir addımla başlaya bilərik. Hər gün yatmamışdan qabaq həmin günə aid özünüzlə əlaqəli üç düzgün davranışı düşünün və yatın. Bu kiçik addım belə sabahı gün daha gümrah oyanmağınıza və gününüzün daha xoş keçməsinə səbəb olacaq.

2. Biz mütləq güclü yönlərimizi kəşf etməli və həyatımızda bu yönlərimizi daha çox istifadə etməyi bacarmalıyıq. Yəni, bacardığımız işi görməli və daha çox uğur əldə etməliyik. Bacarmadığınız işi buraxın bacaranlar görsün. Bunu siz bacarmaq məcburiyyətində deyilsiniz. Bu iş biri üçün bağbanlıq, biri üçün dayəlik, başqa biri üçün isə müəyyən bir müəssisəni idarə etmək üçün rəhbərlik ola bilər.

3. Xoşbəxt insanlar öz münasibətlərində sevgini önə çəkib, bütün hadisələrin müsbət tərəfini görməyi bacarırlar. Bu cür insanlar özlərini kənara çəkib hadisələrdə insanları günahlandırmaq yerinə insanların həyatlarına daxil olur və öz həyatlarına da insanları daxil edirlər.

4. Xoşbəxt insanlar bu həyatda nə üçün yaşadığını bilən insanlardır. Bəzi insanlar özlərini dinə, bəziləri işə, bəziləri ailəyə həsr edir, məqsədlərinin nə olduğunu bilir və özlərini bunlardan birində tapırlar.Həyatının mənasını bilən və müsbət əlaqələr quran insanlar özlərinə müəyyən hədəflər qoyur və bu hədəfələrə çatmaq üçün fəaliyyət göstərir.

Yaddan çıxarmamalıyıq xoşbəxt olmaq üçün əvvəlcə xoşbəxt olmağı seçmək lazımdır. Biz şükr etməyi, bağışlamağı, əlaqələrimizi sevgi üzərində qurmağı, həyatdan zövq almağı bacarmalıyıq. Yaxşılıq etmək və xoşbəxt olmağı öyrənə bilərik.

Elvira Kərimova


Etiketlər:  Rahat yaşamaq üçün PSİXOLOQ rəyi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ