Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2021 12:14
Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadə Ukraynanın "Minay" klubundan ayrılır.
Sonxeber.net "Report"-a istinadən xəbər verir ki, bu barədə "Ua-football" nəşri məlumat yayıb.
21 yaşlı hücumçunun "Qarabağ"la anlaşdığı bildirilib. Əhmədzadə bu səbəbdən "Kolos"a səfərdə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XVIII oyununda iştirak etməyib. Onun klubla vidaşlaşdığı da vurğulanıb.
Qeyd edək ki, Rüstəm Əhmədzadə 2020-ci ilin iyulundan "Minay"da çıxış edir.