Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2021 12:55
Ötən günlərdə "Müge Anlı ile tatlı sert" proqramına qatılaraq həyat yoldaşını axtaran Serkan Kıyak intihar edib.
Sonxeber.net Olay-a istinadən xəbər verir ki, 32 yaşlı Serkan yaşadığı evində özünü asıb. O, bütün dostları ilə halallaşandan sonra bu addımı atıb.
Qeyd edək ki, bir neçə gün öncə Müge Anlının proqramına çıxan Serkan həyat yoldaşından günlərdir xəbərsiz olduğunu bildirib. Telefona verilişə bağlanan həyat yoldaşı isə onu istəmədiyini, başqası ilə qaçdığını etiraf edib.
"Əməyimin qarşılığı budur? Məni 4-5 dəfə aldatdın, bağışladım. Qayıt gəl! Yenə də bağışlayaram. Mən səni sevdim, sənə neyləmişəm? Yaşaya bilmərəm", - deyə, Serkan ağlayaraq Müge Anlıya şikayətlənib.
Onu da bildirək ki, cütlüyün 2 yaşlı övladları var.