Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2021 11:44
Böyük Britaniyada yerli sakinin xeyriyyə dükanından bir funt sterlinqə (2,25 manat) aldığı üzük dəyəri azı 2000 funt sterlinq (4,5 min manat) olan zinət əşyası çıxdı.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, qadın "Antiques Roadshow" televiziya şousunda iştirak edib. Verilişdə əntiq qiymətləndiricilər yerli sakinlərlə görüşür və onların gətirdikləri əşyalara qiymət qoyurlar.
Con Benjamin adlı mütəxəssis cüzi qiymətə alınan üzüyün arxasındakı günəş işığı naxışının 1790-1800-cü illər arasında hazırlanmış zərgərlik üçün xarakterik olduğunu bildirib. O əlavə edib ki, 22 karatlıq parlaq sarı qızıl üzük çox güman ki, Hindistanda hazırlanıb.
İngilis qadın eşitdiklərindən heyrətə gəlib və üzükdəki qiymətli daşı adi rəngli şüşə hesab etdiyini etiraf edib.