Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2019 12:08
Avro-2021-in seçmə mərhələsində Azərbaycan-U-21-lə qarşılaşacaq Slovakiyanın U-21 millisinin heyəti açıqlanıb.
Qol.az-ın Slovakiya mətbuatına istinadən yaydığı xəbərə görə, baş məşqçi Adrian Qula millimizlə oyun üçün yığmaya 23 futbolçu dəvət edib. Bundan başqa, o, ehtiyat qüvvə kimi 16 oyunçunu da müəyyənləşdirib:
Qapıçılar: Martin Vantruba ("Pohronie"), Frederik Valaç ("Petrjalka"), David Şipoş ("Nitra")
Müdafiəçilər: Dominik Şpiriak ("Erqotelis"), Kristian Vallo, Adam Kopas, Branislav Sluka (hamısı "Jilina"), Martin Şulek ("Trenkin"), Martin Bednar, Marej Oravets (hər ikisi "Dunayska"), İvan Mesik ("Spartak", Trnava), Aleksander Mojjiş ("Rujomberok")
Yarımmüdafiəçilər: Martin Adamets ("Odra Opole"), Adam Brenkus ("Rujomberok"), Kristian Herç ("Viktoriya", Plzen), Peter Kolesar ("Zemplin"), Yan Bernat, Mixal Tomiş (hər ikisi "Jilina"), Martin Koval, Yakub Şvets (hər ikisi "Zlate")
Hücumçular: Lyubomir Tupta ("Verona"), Ladislav Almasi ("Petrjalka"), David Strelets ("Slovan")
Ehtiyat oyunçular: qapıçılar - Adrian Slançik ("Streda"), Samuel Petraş ("Jilina"), müdafiəçilər - Adrian Slavik ("Trençin"), Samuel Kozlovski ("Slovan"), yarımmüdafiəçilər - Peter Pokorni ("Lieferinq"), Martin Qamboş ("Spartak Trnava"), Yakub Sedlaçek ("Pohronie"), Kristian Lukaçik ("Sered"), Yozef Şpirka ("Jeleziarne Podbrezova"), Jakub Kadak ("Trençin"), Kristian Mihalek ("Spartak Trnava"), Denis Baumqartner ("Senitsa"), Marian Çobot ("Nitra"), hücumçular - David Duriş ("Jilina"), Marek Fabri ("Nitra"), Martin Rimarenko ("Şamorin")
Qeyd edək ki, Azərbaycan - Slovakiya oyunu sentyabrın 6-da "Dalğa Arena"da keçiriləcək.