Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2021 10:10
Türkiyəli aktrisa, "Umuda koşanlar" dərnəyinin qurucusu Qamze Özçelik örnək addımıyla diqqət çəkib.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, aktrisa İnstaqramda izləyicilərinin suallarını cavablandırıb. O, dərnəyi vasitəsi ilə etdiyi xeyriyyə işlərindən danışıb:
"Hər ay mütəmadi olaraq xərclərini qarşıladığımız yüzlərlə kimsəsiz və uşaqlar evi var. Bundan əlavə Tanzaniyada Həzrəti Xədicə adına olan inşaat işləri davam edir. Orada məktəb, uşaq evi, bağça və məscidimiz var".
Özçelik eyni zamanda hər ay 304 tələbəyə təqaüd verdiyini də bildirib.