Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Omikron” ştammı maskanın effektivliyini azaldır - FOTO

“Omikron” ştammı maskanın effektivliyini azaldır - FOTO

Tarix: 15 Dekabr 2021 10:32

Koronavirusun "Delta" və "Omikron" ştamları qoruyucu maskanın effektivliyini azaldır.

Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı immunoloq, KEQ müqaviləli tədqiqat şirkətinin baş direktoru, tibb elmləri namizədi Nikolay Kryuçkov xəbərdarlıq edib.

Onun sözlərinə görə, "Delta" və "Omikron"da daha çox virus hissəcikləri olur - müvafiq olaraq maskanın effektivliyi də azalır.

"Məlumdur ki, virus hissəcikləri nə qədər çox olarsa, başqalarını yoluxdurmamaq üçün bir o qədər az asqırmaq və öskürmək lazımdır. Ancaq insan asqırdıqda, öskürəndə bu hissəciklər yaş olur və maska onları tutur. Yoluxmuş insan sadəcə nəfəs aldıqda isə artıq daha az yaş hissəciklər olur, maska isə quru hissəcikləri daha az saxlayır. Məhz bu hissəciklər də çox kiçik olduğundan məsamələrdən rahat keçə bilirlər. Buna görə də, maskalar "Omikron" və "Delta" ilə daha az işləyir. Xüsusən də "Omikron"la", - deyə ekspert izah edib.

"Dinastya" klinikalar şəbəkəsinin baş həkimi, infeksionist Tatyana Çalenko isə insanların qoruyucu maskalara qarşı daha məsuliyyətsiz olduqlarını qeyd edib.

"Hər kəs onlardan yorulub, ona görə də indi hər kəsin özünü fərdi şəkildə müdafiə etdiyini söyləmək profanasiyadır. Şübhəsiz ki, maskalar hələ də öz rolunu oynayır: onlar səddir. Bu mövzunu uzun müddət müzakirə etmək olar. Ancaq aydındır ki, giriş qapıları bağı olduqda, virus yükü, hətta sizi əhatə eləsə belə, minimaldır", - deyə  mütəxəssis bildirib.


Etiketlər:  Omikron ştammı maskanın effektivliyini azaldır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ