Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2021 14:44
"Tesla" şirkətinin rəhbəri, "SpaceX"in yaradıcısı və baş direktoru İlon Mask raket yanacağının yaradılması üçün atmosferdən karbon qazının (CO2) çıxarılması proqramının işə salınması barədə xəbər verib.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, "Twitter" hesabında yazıb.
Onun sözlərinə görə, bu işlə "SpaceX" məşğul olacaq. Mask qeyd edib ki, belə bir proqramın həyata keçirilməsi atmosferi əsasən karbon qazından ibarət olan Marsa uçuşlar üçün faydalı ola bilər.