Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2021 13:06
Stavropol məhkəməsi diyarın yol polisi idarəsinin keçmiş rəisi Aleksey Safonovun ailəsinə məxsus 22 daşınmaz əmlak obyektinə və 6 avtomobilinə həbs qoyub.
Sonxeber.net xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Aktivlərin üzərinə həbs qoyulması barədə qərar Baş Prokurorluğun təqdimatı əsasında çıxarılıb və məlum olub ki, sabiq rəisin qohumları müsadirənin qarşısını almaq üçün onları başqa şəxslərin adına yazdırmağa cəhd ediblər. Onun dəbdəbəli interyeri, o cümlədən qızılı unitazı videoda lentə alınıb. Mülk sahibləri arasında onun anası, keçmiş həyat yoldaşı və qayınanası, eləcə də hazırkı həyat yoldaşı var. 10 il ərzində Safonov 83 milyon rubl dəyərində aktiv toplayıb - bu, evlərin, mənzillərin və sahələrin kadastr dəyəridir, onların bazar qiyməti daha yüksəkdir.
Anar Əli