Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2021 16:54
Son günlər ölkədə aviabiletlərin qiymətlərinin baha olması məsələsi gündəmə gəlib. Daha dorğusu desək Milli Məclisdə deputatlar məsələ ilə bağlı narazılıqlarını bildiriblər. Müxbirimiz Xələf Xələfov mövzunu davam etdirib.
Bir neçə gündür ki, Azərbaycanda aviyabiletlərin baha olması ilə bağlı məsələ gündəmdədir. Milli Məclisdə də bir neçə deputat bununla əlaqədar mövqeyini bildirib. Millət vəkili Razi Nurullayev də deyir ki, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təklif etdiyi biletlər ürəkaçan deyil.
Millət vəkilinin fikrincə, qiymətlərin azaldılması mümkün deyilsə, bununçün alternativ vasitələr var.
Razi Nurullayev qeyd edib ki, bu məsələ Milli Məclisdə dəfələrlə qaldırılsa da, həllini tapmayıb. Turizm Üzrə ekspert Rəhman Quliyevin sözlərinə görə isə bahalaşmaya səbəb pandemiya dövründə uçuşların azalmasıdır.
Qeyd edək ki, hələlik Azalın aviabiletlərin qiymətində hər hansı dəyişiklik ediləcəyi ilə bağlı rəsmi açıqlaması yoxdur.