Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Marsda böyük buz yataqları aşkar olunub

Marsda böyük buz yataqları aşkar olunub

Tarix: 17 Dekabr 2021 21:10

"ExoMars TGO" zondu Marsın Mariner vadisinin mərkəzində yerləşən dərin kanyonlardan birində böyük buz ehtiyatları aşkar edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının saytında məlumat yayımlanıb.

Tədqiqatın nəticələri "Icarus" elmi jurnalında dərc olunub.

Astronomların fikrincə, vadinin "Kandor xaosu" adlanan hissəsində səthə yaxın süxurlarda suyun nisbəti azı 40 faiz təşkil edir. Bu isə o deməkdir ki, buz xalis halda orada yerləşir və heç bir mineralın tərkibində gizlənmir.

Alimləri düşündürən isə Marsın bu hissəsində buzun necə sabit qalmasıdır. Halbuki nəzəriyyəyə görə, buz yataqları tədricən buxarlanmalı idi.

Onların fikrincə, bu, ya Mariner vadisindəki nadir iqlim və geoloji şəraitdən, ya da yerli su ehtiyatlarının daim yeniləndiyindən xəbər verir.


Etiketlər:  Marsda böyük yataqları aşkar olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ