Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2021 16:54
Gürcüstanın ədliyyə naziri Rati Breqadze sabiq prezident Mixail Saakaşviliyə məhkəməyə müraciət etməyi təklif edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "Bu ölkədə hamı bərabərdir və biz həmişə bu prinsipin keşiyindəyik... Heç kim öz keçmiş statusundan istifadə edə bilməz", - deyə nazir sabiq dövlət başçısının həbsxana rəhbərliyi tərəfindən hüquqlarının pozulduğu barədə vəkillərin bəyanatlarına cavab verib.
Qeyd edək ki, Gürcüstanın eks-prezidenti hazırda 50 günlük aclıq aksiyasından sonra müalicə üçün köçürüldüyü Qori hərbi hospitalındadır.
Nazirin sözlərinə görə, vəziyyətinin stabilləşməsi ilə bağlı tibbi rəy olan kimi Saakaşvili həbsxanaya qaytarılacaq.