Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maskanı yuyub istifadə etmək bu riskləri yaradır

Maskanı yuyub istifadə etmək bu riskləri yaradır

Tarix: 19 Dekabr 2021 15:33

Koronavirusla bərabər həyatımıza girən tibbi maskaların yaratdığı risklər alimlər tərəfindən araşdırılıb.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, maskanı istifadə etdikcə aldığımız nəfəs onu nəmləndirir. Beləliklə, boğazınızdakı kiçik bir infeksiya böyüməyə başlayır.

Maskanı istifadə etdikdən sonra onu atın. Mikroblar uzun müddət dəfələrlə istifadə edilən maskaların üzərində məskunlaşır. Bu mikroblar lakrimal kisənin (göz yaşı vəzi kanalı) iltihabına səbəb ola bilər, dəridə tıxanmalar yaradar. Bu isə sızanaq problemlərinə, tüklərin dəri altında böyüməsinə və ya dəri infeksiyalarına gətirib çıxarar. Maskalardan maksimum 8 saat istifadə edilməli, sonra yenisi ilə dəyişdirilməlidir.

Maskanı taxmadan əvvəl əllərinizi sabunla yuyun və ya dezinfeksiyaedici vasitələrdən istifadə edin. Əgər birdəfəlik məftilli maskadan istifadə edirsinizsə, onu burnunuza sıxdığınızdan əmin olun. Birdəfəlik maskanı çıxardığınız zaman ağzı bağlı halda zibilliyə atın. Bu maskalar istifadədən sonra atılmalı və birbaşa utilizasiya edilməlidir.

Virus yükü halına gələ bilən bu maskanın təkrar istifadəsi və yuyulması mümkün deyil. Qiymət baxımından çox ucuz olduğundan, xüsusən də birdəfəlik maskaların yuyulması müəyyən risklər yaradır. İsti və ya soyuq su ilə təmasda olduqda maska effektini itir. Bu səbəbdən tədbirləri daha ciddi və müntəzəm şəkildə həyata keçirmək lazımdır.


Etiketlər:  Maskanı yuyub istifadə etmək riskləri yaradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ