Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2021 16:10
"Sehirli annem" serialında "Tuğçe" obrazıyla tanınan aktrisa Damla Ersubaşı şəxsi həyatı ilə yenidən gündəmə gəlib.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, aktrisa ötən il boşandığı həyat yoldaşı Mustafa Can Keserlə yenidən ailə həyatı qurmaq qərarı alıb. Artıq Mustafa Damlaya evlilik təklifi edib.
Aktrisa üzüyün fotosunu paylaşaraq "Hə, hə, yenidən hə" qısa şərhini yazaraq təklifi qəbul etdiyini açıqlayıb.
Qeyd edək ki, aktrisa şiddətə və xəyanətə məruz qaldığı üçün evliliyini sonlandırmışdı. Cütlüyün bu evlilikdən Zehra, Zeynep Nisa adlı iki qızı var.