Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yığmamız yenə uduzdu

Yığmamız yenə uduzdu

Tarix: 30 Avqust 2019 00:28

Ukraynanın Kiyev şəhərində keçirilən beynəlxalq turnir davam edir.

Qol.az-ın məlumatına görə, Viktor Bannikov turnirində iştirak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması qrupda sonuncu oyununa çıxıb.

A qrupunda yer alan millimizin budəfəki rəqibi Latviya olub. İlk iki matçda İsrailə (0:6) və Ukraynaya (2:4) məğlub olan komandamız yenə də uduzub - 0:2.

Yığmamız avqustun 30-u, Bakı vaxtı ilə saat 13:00-da 7-ci yer uğrunda görüşdə Litva komandası ilə qarşılaşacaq.
 

Viktor Bannikov turniri
29 avqust

Azərbaycan - Latviya - 0:2

 


Etiketlər:  Yığmamız yenə uduzdu


RƏYLƏR