Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2021 20:40
Rusiyada bir qrup alim COVID-19 infeksiyasına qarşı dərman preparatının yaradılması üçün test sistemi hazırlayıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, yeni sistem koronavirusun çoxalması üçün lazım olan fermentin fəallığının qarşısını alan kimyəvi maddələrin səmərəliliyini 10-15 dəqiqə ərzində qiymətləndirir.
Qeyd olunur ki, bu test sistemi koronavirusa qarşı dərmanın hazırlanmasına yola açacaq.
Sistem Rusiya Elmlər Akademiyasının Kimyəvi biologiya İnstitutunun, Bioüzvi kimya İnstitutunun, Federal immun-bioloji preparatların tədqiqatı və hazırlanması elmi mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.