Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2021 22:24
"Apple" şirkəti istifadəçilərini hökumətlər tərəfindən maliyyələşdirilən haker hücumları barədə xəbərdar etmək niyyətindədir.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə şirkət açıqlama yayıb.
Məlumata görə, istifadəçilərin az hissəsi kimliyi və məşğuliyyəti üzündən hakerlər tərəfindən kiberhücumlara məruz qalır.
Hakerlərə "ipucu" verməmək üçün istifadəçilərin izlənməsinə dair məhz hansı əlamətlərin əsas götürüləcəyi açıqlanmayıb.
Bundan əvvəl "Apple" Tailand müxalifətçilərinin bir neçəsinə, El Salvadorda tənqidçi jurnalistlərə, Uqandanın bəzi siyasətçilərinə bu cür xəbərdarlıqlar göndərib.
Noyabrın 23-də "Apple" İsrailin "NSO Group" şirkətini istifadəçilərini izlədikləri üçün məhkəməyə verib.