Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2021 15:55
Hər zaman bahalı və qlamur tərzi ilə adından söz etdirən Xalq artisti Aygün Kazımova bu dəfə də ənənəsinə sadiq qalıb.
Sonxeber.net BAKU.WS-ə istinadən xəbər verir ki, paytaxtdakı məkanlardan birinin açılış mərasiminə qatılan pop diva geyimi ilə diqqət çəkib. Kazımova xüsusi gün üçün bahalı və dəbli xəz geyimdən istifadə edib.
Xalq artistinin müzakirələrə səbəb olan yeni geyiminin görüntüləri sosial şəbəkələrdə yayılıb. İzəyicilər sənətçinin bu tərzini çox bəyəniblər.
Onlar Kazımovanın ünvanına "Gözəllik kraliçası", "Yenə hər yeri alovlandırırsan" kimi şərhlər yazaraq tərif yağdırıblar.