Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsveçrə şirkətləri Azərbaycanın qeyri-neft sektorunun inkişafında dəyərli tərəfdaş ola bilərlər (ÖZƏL)

İsveçrə şirkətləri Azərbaycanın qeyri-neft sektorunun inkişafında dəyərli tərəfdaş ola bilərlər (ÖZƏL)

Tarix: 30 Avqust 2019 09:24

Bakı. Ləman Zeynalova - Trend:

İsveçrə şirkətləri Azərbaycanda qeyri-neft sektorunun inkişafında dəyərli tərəfdaş ola bilərlər.

Bunu Trend-ə İsveçrə İqtisadi Əlaqələr üzrə Dövlət Katibliyindən (SECO) bildiriblər.

SECO-ya görə, İsveçrə şirkətlərinin infrastruktur və nəqliyyat sahəsində zəngin təcrübəsi Azərbaycanın tranzit mərkəzi kimi inkişafına mühüm töhfə verə bilər.

Dövlət Katibliyi, həmçinin İsveçrə ilə Azərbaycan arasında ikitərəfli iqtisadi əlaqələrin yüksək səviyyədə inkişafı üçün geniş potensialın olduğunu qeyd edib:

"2018-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 237 milyon İsveçrə frankı təşkil edib. Bundan əlavə, uzunmüddətli texniki və iqtisadi əməkdaşlıq sayəsində ölkələr arasında əlaqələr möhkəmlənir. Bu gün İsveçrə şirkətlərinə texniki dəstək - dövlət maliyyə idarəçiliyindən makroiqtisadi modelləşdirməyə qədər - mürəkkəb makroiqtisadi islahatlara yönəlmişdir. İsveçrə, eyni zamanda Azərbaycanda maliyyə sektorunun inkişafının uzunmüddətli tərəfdarıdır".

Dövlət Katibliyi xatırlayıb ki, Beynəlxalq Valyuta Fondunun son statistikasına əsasən, İsveçrənin Azərbaycana birbaşa xarici sərmayəsi 2017-ci ilin sonunda 364 milyon ABŞ dolları təşkil edib ki, bu da İsveçrəni Azərbaycanda 14-cü ən böyük investora çevirir:

"Azərbaycanın qeyri-neft sektorundakı ən vacib investorlarından biri İsveçrənin "Holcim" şirkətidir (sement istehsalı). Azərbaycanın İsveçrəyə yatırımlarına gəldikdə, bu vəsaitlərin xeyli hissəsi SOCAR-ın payına düşür".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İsveçrə şirkətləri Azərbaycanın qeyri neft sektorunun inkişafında dəyərli tərəfdaş bilərlər ÖZƏL


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ