Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2021 23:06
Gənc pakistanlı siyasətçi Məhəmməd Zəkəriyə Xan millət vəkili seçkilərində qələbədən sonra onun şərəfinə təşkil edilən şənlik zamanı güllələnərək öldürülüb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Xanın tərəfdarlarından biri sevinərək havaya atəş açıb. Lakin bu zaman güllələrdən biri siyasətçiyə dəyib.
Hadisə Pişəvər rayonunda baş verib.