Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qüdsdə nəhəng yeraltı qəbiristanlıq inşa edilir

Qüdsdə nəhəng yeraltı qəbiristanlıq inşa edilir

Tarix: 30 Avqust 2019 10:04

Bakı. Trend:

Qüdsün yaxınlığındakı dağın altında nəhəng yeraltı qəbiristanlıq üçün 1,5 kilometrlik tunel inşa edilir.

Trend-in məlumatına görə, iş üç il ərzində aparılıb. Bildirilir ki, İsraildə dəfn üçün torpaq sahəsi artıq çatışmır. Bu səbəbdən də yeraltı qəbiristanlıqların inşasına qərar verilib.

8 min yer üçün nəzərdə tutulan bu qəbiristanlığın birinci hissənin açılışı 2019-cu ilin oktyabrına planlaşdırılıb. Qalan hissələrinin isə yaxın illərdə açılması nəzərdə tutulur.

Tunellərdə temperatur 23 dərəcədə saxlanılır. Bura Yaponiyanın kapsul otellərini xatırladır. Layihənin ümumi dəyəri 50 milyon dollardır və tunellər dağın bütün yeraltı ərazisinin yalnız 5%-ni əhatə edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Qüdsdə nəhəng yeraltı qəbiristanlıq inşa edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ