Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çarhan kəndinin içməli su problemi - VİDEO

Çarhan kəndinin içməli su problemi - VİDEO

Tarix: 21 Dekabr 2021 16:08

Şamaxının Çarhan kəndinin sakinləri içməli suyun verilməsi üçün çəkilən boruların nasazlığından narazıdırlar. Sakinlərin iddiasına görə, polietilen boruların keyfiyyəti lazımi səviyyədə deyil. Bu da su təminatında ciddi çətinlik yaradır.  İşi aparan şirkət isə problemin işlərin tam yekunlaşmamasından qaynaqlandığını deyir.

İçməli sudan istifadə etmək üçün saatlarla qabların dolmasını gözləyirlər.

Bura Şamaxı rayonu Çarhan kəndidir. Rayon mərkəzindən 8 km aralıda yerləşən bu kəndin sakinləri uzun müddətdir ki, su ilə bağlı çətinlik yaşayırlar. Əvvəllər qonşu qəsəbədən kəndə su xətti çəkilsə də, illər ötdükcə su boruları yararsız vəziyyətə düşdüyündən suyun verilməsi dayandırılıb. 

Vətəndaşların iddiaları ilə bağlı boruları quraşdıran podratçı şirkətin məsul işçisi Ramazan Kərimov deyib ki, problem işlərin hələ tam yekunlaşmamasından qaynaqlanır.

Şirkətdən konkret tarix verilməsə də, işlərin yaxın günlərdə yekunlaşdırılacağı bildirildi.

Milli.Az


Etiketlər:  Çarhan kəndinin içməli su problemi VİDEO


RƏYLƏR