Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2021 19:15
Əməkdar artist Nigar Şabanovadan xəbər var.
Sonxeber.net big.az-a xəbər verir ki, hərbçi ilə ailə quran Nigar sosial media hesabında yeni paylaşım edib. Məlum olub ki. bu gün cütlüyün tanışlığından bir il keçir. O, bu münasibət ilə "İnstagram" hesabında həyat yoldaşı Xəyyama sevgi dolu sözlərini ünvanlayıb:
"Bu gün tanışlığımızın bir ili tamam oldu. Əslində sənin yaralandığın 2020-ci il 16 oktyabrda paylaşılmışdı və mən sənə həmin gün vuruldum. İkinci Qarabağ müharibəsindən sonra tanış olduq. Həmin dönəmlərdə qarşımda alışmadığım bir insan obrazı vardı. İllərlə işlədiyin iş yoldaşların, dostlarını itirən bir insan. Deyə bilərəm ki, səni öz sağlamlığım bahasına həyata qaytardım. Amma bunu bacardım. Zəhmətim çox oldu bunu sən də danmazsan ki, həm psixoloq, həm dost, həm də sevdiyin qadın oldum. Təbii ki, mənə asan olmadı, sənə yenidən yaşamağı, güclü olmağı sevdirmək amma sənin üçün ən çətin günlərə dəyər, bu günümün həyat yoldaşı. O qədər ağır imtahanlardan keçdik. Nə yaxşı varımsan, səni sevirəm, Xəyyamım".