Tarix: 30 Avqust 2019 11:16
İspaniya millisi və "Barselona"nın sabiq baş məşqçisi Luis Enrikeyə ağır itki üz verib.
Qol.az xəbər verir ki, onun 9 yaşlı qızı Ksana dünyasını dəyişib. Enrike bunu şəxsi Tvitter səhifəsində açıqlayıb. O, övladının xərçəng xəstəliyinin qurbanı olduğunu bildirib.
Enrikenin ailəsində baş verən faciə futbol aləmini də sarsıdıb. Cəmi 1 saat ərzində 150 mindən çox insan Tvitterdə kədərini bildirərək ona dətək olub.
Qeyd edək ki, L.Enrike qızının xəstəliyi səbəbindən ötən ilin yayından çalışdırdığı İspaniya millisindən bu ilin iyun ayında ayrılıb.