Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2021 11:22
Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşının sərxoş vəziyyətdə qəza törətməsi ilə bağlı yayılan xəbərlər doğru deyil.
Bu barədə DGK-dən məlumat verilib.
Qeyd edilir ki, bu gün bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı Vəliyev Samir Bəhram oğlunun sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə qəza törətdiyi barədə məlumat yayılıb.
"Vəliyev Samir Bəhram oğlu adlı şəxs gömrük orqanlarında xidmət etmir və yayılan məlumatlar həqiqətə uyğun deyil", - DGK bildirir.
--------
07:32
Novxanı-Binəqədi şossesində yol qəzası zamanı bir nəfər xəsarət alıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, qəza Novxanı qəsəbəsində baş verib.
1986-cı il təvəllüdlü Vəliyev Samir Bəhram oğlu idarə etdiyi "KİA Optima" markalı avtomobillə əks yola çıxaraq ötmə əməliyyatı edərkən "KİA Rio" markalı maşına çırpılıb.
Zərbə o qədər güclü olub ki, S.Vəliyevin idarə etdiyi maşın yol kənarındakı nişana, daha sonra işıq dirəyinə çırpılıb.
Qəza nəticəsində "KİA Rio" markalı maşının sərnişini, 1994-cü il təvəllüdlü Qasımova Nuranə Mübariz qızı ağır bədən xəsarət alıb. Sərnişin xəstəxanaya yerləşdirilib.
Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, S.Vəliyev ağır dərəcəli sərxoş halda avtomobili idarə edib.
Qeyd edək ki, S.Vəliyev Beynəlxalq Hava Limanında xidmətə çıxan Dövlət Gömrük Komitəsinin leytenant xüsusi rütbəsində olan zabitidir.