Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqlar cib xərcliklərini yığıb ataları ilə ortaq ev aldılar - FOTO

Uşaqlar cib xərcliklərini yığıb ataları ilə ortaq ev aldılar - FOTO

Tarix: 23 Dekabr 2021 09:08

Avstraliyanın Melburn şəhərindən olan üç uşaq cib xərcliklərini ev almaq üçün xərcləyib. Onlar valideynləri ilə birlikdə daşınmaz əmlakın alınmasına sərmayə qoyublar.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ən kiçiyi altı yaşında olan uşaqlar pulu ev işlərinə, atalarına maliyyə savadlılığı kitablarını yığmağa kömək etməklə qazanıblar. Uşaqların hər biri Melburnun cənub-şərqindəki Klayd ətrafında tikintisi yarımçıq qalmış evlə torpaq sahəsinin alınmasına 2000 dollar verib.

Daşınmaz əmlakın ümumi məbləği isə 671 min Avstraliya dolları (813,3 min manat) olub.

Ailə başçısı daşınmaz əmlak investisiyası üzrə mütəxəssisdir. O Melburnda mənzillərin son bir ildə 19,5% bahalaşaraq, orta qiymətin 953 min dollara çatmasını nəzərə alaraq, yaxın on ildə əldə etdikləri torpağın dəyərinin iki dəfə artacağını proqnozlaşdırıb. Atanın sözlərinə görə uşaqlar 2032-ci ildə evi sərfəli şəkildə satıb qazancı bölüşə biləcəklər.


Etiketlər:  Uşaqlar xərcliklərini yığıb ataları ilə ortaq aldılar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ