Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“5 övladım olub, qalmayıb” – Elnurun dəhşətli həyatı - VİDEO

“5 övladım olub, qalmayıb” – Elnurun dəhşətli həyatı - VİDEO

Tarix: 23 Dekabr 2021 13:15

ATV-nin "Günün sədası" proqramının budəfəki qonağı müğənni Elnur Məmmədov olub.

10 illik övlad həsrətini yenicə bitirən müğənni keçirdiyi çətin günlərdən danışıb:

"Mən dünyanı gəzdim, milyonlar tökdüm. Sadəcə səbəbini bilmək üçün. Mənim üçün ismətli ailənin olması var-dövlətdir. Allaha hər zaman şükür edib deyirəm ki, mənə ismətli ailəni qismət elədin. Mənə ömrümün axırına kimi övlad verməsən belə çox xoşbəxtəm. Amma yenə də hər dəfə Allahla danışanda dua edirdim ki, övladım olsun".

Müğənni sonunda problemi həll edən həkim Öndər Tulumbacıya hər zaman minnətdar olacağını bildirib:

"Dünyanı gəzib həkimlərə gedirdim. Azərbaycanda həkim yanına getmirdim. Çox üzr istəyirəm, 5-ə yaxın övladım olub, qalmayıb. Qismətdir, taledir. Övladım dünyaya gələnə qədər də beşik almağa ürək etmirdim. Amma Öndər həkim məni doğru yönəltdi. Hər bir şeyə qədər yoxlanıldı. Cüzi bir problemdən 10 ildir əziyyət çəkirmişəm".


Etiketlər:  övladım olub qalmayıb Elnurun dəhşətli həyatı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ