Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deputatdan təklif: Pedofillər üçün ölüm hökmü tətbiq edilsin

Deputatdan təklif: Pedofillər üçün ölüm hökmü tətbiq edilsin

Tarix: 23 Dekabr 2021 17:26

RF Dövlət Dumasının "Vahid Rusiya"dan olan deputatı Sultan Həmzəyev bir sıra cinayətkarlar üçün ölüm hökmünün tətbiqini təklif edib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Həmzəyev bildirib ki, yetkinlik yaşına çatmayanların zorlanmasına görə əvvəllər məhkum olunmuş pedofillərin ömürlük azadlıqdan məhrum edilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyir. O əlavə edib ki, belə cinayətkarlar daha ​​da sərt məsuliyyət daşımalıdırlar.

"Bir şey dəqiqdir. Belə cinayətə qadir olanlar daha yüksək müddətə yox, ölüm cəzasına layiqdirlər", - deyə deputat vurğulayıb.

Siyasətçi əlavə edib ki, Dövlət Dumasının birinci oxunuşda qəbul etdiyi qanun yalnız "pedofillər-təkrar cinayət törədənlər" üçün cəza nəzərdə tutur.

"Ancaq mən hesab edirəm ki, hər bir belə cinayətkar birinci cinayətdən dərhal sonra maksimum cəza almalıdır. Düşünürəm ki, cəzanın dərəcəsini sistemli şəkildə artırmaq düzgün olardı", - deyə o yekunlaşdırıb.


Etiketlər:  Deputatdan təklif Pedofillər üçün ölüm hökmü tətbiq edilsin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ