Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2021 17:30
Türk mediasının "eşq həyatında üzü gülməyən aktrisa" kimi təqdim etdiyi Merve Boluğurun yeni münasibət yaşadığı ortaya çıxıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, aktrisa ötən gün iş adamı Erkan Şenlə qol-qola görüntülənib. Cütlük münasibətləri ilə bağlı suallara "Bir-birimizi tanıyırıq, gözəl dialoqumuz var. Hazırda çox xoşbəxtik" şəklində cavab verib.
Qeyd edək ki, Merve daha əvvəl müğənni Murat Dalkılıçla evli olub. Cütlük boşandıqdan sonra aktrisa dərin depresiyaya düşmüşdü.