Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu respublikaya ''nəzarət edən'' ''qanuni oğru'' MƏHKƏMƏ QARŞISINDA

Bu respublikaya ''nəzarət edən'' ''qanuni oğru'' MƏHKƏMƏ QARŞISINDA

Tarix: 23 Dekabr 2021 18:44

Rusiyanın Çuvaşiya respublikasının Ali Məhkəməsi "Fin" ləqəbli "qanuni oğru" Andrey Finoqenovun istintaqına başlayıb.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, o, bir sıra cinayətlərdə ittiham olunur. Məlumata əsasən, o, Çuvaşiya respulikası ərazisində "Çapayevskaya", "Morqauşevskaya", "Şumerlinskaya", "Kozlovskaya" və "Strelka" adlı 5 cinayətkar dəstə saxlamaqda, reketlik və quldurluqda təqsirli bilinir.

Bundan başqa, o, bütün respublikaya nəzarət edən "qanuni oğru" kimi ad çıxarıb. Saxlanılan zaman onun üzərində 15 milyon rubl pul və tapança aşkarlanıb.

Onu 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.


Etiketlər:  respublikaya nəzarət edən qanuni oğru MƏHKƏMƏ QARŞISINDA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ