Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2021 13:24
"Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Əziz İlham Heydər oğlu,
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hörmətli Ali Baş Komandanı, İsraildə yaşayan, əslən Azərbaycandan olan çoxminlik icmamız adından Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirəm.
Biz Vətəndən uzaqda olsaq da, Azərbaycanda baş verən prosesləri çox diqqətlə izləyirik. Azərbaycan torpaqları təcavüzkar ermənilər tərəfindən işğal ediləndə biz xalqımızla bir olmuşuq. Ermənilərin yalançı təbliğatı üzündən dünya birliyinin xalqımıza qarşı ədalətsizliyini görəndə və bu barədə eşidəndə biz xalqımızla birlikdə narahatlıq keçirirdik. Biz Azərbaycan xalqı ilə həmrəy olmuşuq və Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli uğrunda mübarizədə həmvətənlərimizi dəstəkləmişik, inanmışıq ki, gec-tez ədalət zəfər çalacaq. Bütün bu illər ərzində biz məhz Sizin hakimiyyətdə olduğunuz dövrdə Azərbaycanın sürətlə inkişaf etməsinin və firavanlaşmasının şahidi olmuşuq. Bütün bu illər ərzində biz bir daha başa düşmüşük ki, müstəqillik və ədalət uğrunda mübarizə aparmaq, lakin bu mübarizədə barışmaz və fədakar olmaq lazımdır. Azadlıq uğrunda mübarizədə zəfər çalmaq üçün əsas amillər xalqın birliyi, əzmkarlığı və düzgün seçilmiş strategiyadır.
Əziz İlham Heydər oğlu, Siz Azərbaycan xalqının öz torpaqlarını azad etmək uğrunda mübarizədə qalib gəlməsi üçün hər cür şərait yaratdınız. Məhz Sizin müdrik, uzaqgörən siyasətiniz və nüfuzlu ölkələrlə düzgün qurulmuş qarşılıqlı münasibətlər sayəsində Azərbaycan Vətən müharibəsi nəticəsində qalib ölkə oldu, Azərbaycan xalqı isə qalib millət kimi yüksək status qazandı.
Sizin müdrik və səmərəli dövlət idarəçiliyiniz, müdrik və uzaqgörən xarici siyasətiniz sayəsində Azərbaycan nəinki öz regionunda, həm də dünyada iqtisadi cəhətdən ən sürətlə inkişaf edən və nüfuzlu dövlətlərdən biri oldu.
Əziz İlham Heydər oğlu, biz xalqımızla birlikdə Azərbaycanın ən müxtəlif sahələrdə qazandığı bütün nailiyyətlərə və uğurlara görə şadıq. Fəxr edirik ki, Vətənimizin Sizin kimi rəhbəri var.
Siz atanız - Azərbaycan xalqının ümummilli lideri, dahi siyasi xadim Heydər Əlirza oğlu Əliyevin siyasətinin layiqli davamçısı kimi öz adınızı Azərbaycan tarixinə qızıl hərflərlə yazmısınız. Azərbaycan xalqı xoşbəxtdir ki, Sizin kimi istedadlı, ləyaqətli, ən yüksək tərifə layiq rəhbəri var.
Əziz İlham Heydər oğlu, Sizi 60 illik yubileyiniz, həmçinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni, 2022-ci il münasibətilə təbrik edirik.
Sizə yeni böyük uğurlar və qələbələr, möhkəm cansağlığı, ailə xoşbəxtliyi arzu edirik".