Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2021 14:00
Türkiyədə yaşanan iqtisadi böhranla bağlı sualı cavablandıran müğənni, aktrisa Hülya Avşarın sözləri tənqid olunub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, cavabında "Lazım gəlsə, smit yeyərik və bu çətin günləri adladarıq" deyib.
Ünvanına yazılanlardan təngə gələn Avşar daha sonra yeni bir açıqlama verib:
"Sakitləşdinizsə, sıra məndədir. O qədər danışdığımın içindən hamılıqla birlikdə bu günləri adladacağıq hissəsini deyil, "Smit"dən yapışanlar, heç biriniz vecimə deyilsiniz və sizi saymıram.
Mənim smit yemə məsələmə gəlincə, yeyərəm ya da yemərəm, amma bildiyim bir şey var, özüm qazandım, heç də asan olmadı. Hələ də qazanıram. Bunun hesabını kiməsə vermədim, sizə heç verməyəcəyəm. Demək, sizin kimi düşünənlər başçımız olsa, nə demokratiya qalar, nə də söz azadlığı... Dediyim budur ki, lazım gəlsə, smit yeyəcəyik, amma bu günləri bərabər adladacağıq".