Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dollar bahalaşacaq? - AÇIQLAMA - VİDEO

Dollar bahalaşacaq? - AÇIQLAMA - VİDEO

Tarix: 24 Dekabr 2021 19:22

Son günlər ölkəmizdə dolların bahalaşacağı ilə bağlı söz-söhbətlər artıb. Buna səbəb Azərbaycanda və dünyanın bir çox ölkəsində qeyd ediləcək Yeni il bayramı ilə əlaqədar xarici valyutaya tələbatın artmasıdır.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, mövzuya münasibət bildirən iqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, ilin sonu ilə əlaqədar büdcə xərcləmələrinin artması və köçürmələrin çoxalması nəticəsində dövriyyədə pul kütləsinin artması valyuta bazarına təzyiq yaradır. Lakin dolların bahalaşacağı ilə bağlı gəzən söz-söhbətlərin yəganə səbəbi bu deyil.

Onun fikrincə, Türkiyənin milli valyutası olan lirənin sürətlə ucuzlaşması cəmiyyətə psixoloji təsir edirdi və xarici valyutaya tələbi artırırdı: "Lakin artıq hər iki səbəb öz aktuallığını itirib. Neftin qiyməti yenidən artıb, lirə isə 35 faiz həcmində bahalaşıb".

Qeyd edək ki, hər ilin son günlərində xaricə səfərlər çoxalır. Həmçinin istehlak mallarının artması fonunda idxal da artır və nəticədə xarici valyutaya tələb çoxalır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Dollar bahalaşacaq AÇIQLAMA VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ