Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2021 20:36
ABŞ alimləri Omikron variantı ilə bağlı yeni araşdırmaya imza atıblar.
Tədqiqata görə köpək balıqlarında olan zülallar virusa qarşı çox təsirli bir antikor istehsal edir. Bu, koronavirusun ən güclü variantlarından biri olan Omikron variantına qarşı qorunma təmin edir.
Sonxeber.net aztibb.az-a istinadən bildirir ki, mövzu ilə bağlı mühüm araşdırma ABŞ-ın Viskonsin-Madison Universitetində aparılıb.
Nəticələr göstərir ki, köpək balıqlarının immun sistemində olan antikora bənzər zülallar insanları koronavirus və onun variantlarından qoruya bilər.
Köpək balıqlarında tapılan "VNAR" adlanan bu zülalların ölçüsü insan anticisimlərinin onda biri qədərdir, ona görə də bu zülallar insan antikorlarının çata bilmədiyi yerlərə girəcək qədər kiçikdir.
Alimlər təcrübələrində köpəkbalığından əldə etdikləri antikorun insan orqanizminə daxil olan virusun hüceyrələrə nüfuz etməsinə mane olduğunu görüblər.
Tək köpəkbalığından alınan zülal antikor üçün istifadə edilməyəcək. Zülallar bir çox köpəkbalığından alınacaq və daha təsirli bir müalicə yaratmaq üçün qarışdırılacaq.