Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Müəmmalı xəstəlik” panikası artır...

“Müəmmalı xəstəlik” panikası artır...

Tarix: 26 Dekabr 2021 05:03

Koronavirus dünyada bir nömrəli gündəm olmağa davam edərkən, Cənubi Sudandan "müəmmalı xəstəlik"lə də bağlı xəbərlər gəlməkdədir.

ÜST-ün bir qrup aliminin bölgədə tədqiqatları "müəmmalı xəstəliyin" səbəbini hələ də müəyyən etməyib. Mütəxəssislər xəstəlikdən əziyyət çəkən insanlarda xəstəliyin simptomlarını təsvir ediblər.

Cənubi Sudanın Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, ölümlər daha çox yaşlılar və 1-14 yaş arası uşaqlar arasında qeydə alınıb.

Yerli rəsmilər müəmmalı xəstəliyin əlamətlərinin öskürək, ishal, qızdırma, baş ağrısı, döş qəfəsində ağrı, oynaq ağrıları və iştahsızlıq olduğunu bildirir.

Mütəxəssislər ölümlərin arxasında vəba virusunun ola biləcəyini ehtimal edirlər. Lakin testlərin nəticələrinin mənfi olduğu bildirilir.


Etiketlər:  Müəmmalı xəstəlik panikası artır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ