Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2021 06:03
Soyuqdəymə və qripin dərmanı olduğu bilinən itburnu çayı infeksiya riskini də azaldır.
Sonxeber.net aztibb.az-a istinadən bildirir ki, C vitamini ilə yanaşı A, B1, B2, E və K vitaminlərini ehtiva edən itburnu çayının tərkibində natrium, kalsium, manqan, maqnezium, dəmir, sink və mis kimi qiymətli minerallar var.
Bu xüsusiyyətləri ilə xüsusilə soyuq aylarda soyuqdəyməyə qarşı təbii dərman kimidir.
İtburnunun ümumi faydaları qan təzyiqini tənzimləmək, revmatik xəstələrdə ağrıları aradan qaldırmaq, xərçəng hüceyrələrinin bədəndə yayılmasını ləngitmək, pis xolesterini azaltmaq, sidik ifrazını sürətləndirmək xüsusiyyətlərinin olması, eləcə də qripin müalicəsində istifadə edilməsi, bol C vitamini ehtiva etməsi və diabetə qarşı qoruyucu olmasıdır.
Güclü komponentləri ilə itburnu infeksiya hallarının sağalma müddətini qısaldır. İtburnun xolesterola qarşı təsiri bir çox xəstəliklərin qarşısını almağa kömək edir.