Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dəridə qocalmanın qarşısını almaq üçün tətbiq edilən üsullar

Dəridə qocalmanın qarşısını almaq üçün tətbiq edilən üsullar

Tarix: 26 Dekabr 2021 23:33

Hər bir qadın dərisinin cavan və sağlam qalmasını istəyir. Xüsusilə soyuq qış aylarında şaxtalı hava nəticəsində dərinin müdafiə funksiyası azalır, qabıqlar, genişlənmiş kapillyar torlar və ləkələr əmələ gəlir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, həkim-dermatoloq Solmaz Orucovanın dediyinə görə, gün ərzində intensiv qulluq vasitələri ilə üz dərisinə, göz altına və dodaqlara xüsusi qulluq edilməlidir: "A, B, E vitamini və omeqa dərinin alt qatında kollagen və qocalmanı ləngidən turşunun azlığı və ya çatışmaması dəridə quruluq əmələ gətirir. Kosmetoloqlar həmin vitaminləri süni şəkildə inyeksion yolla dəri altına yeridərək qocalmanın qarşısını alırlar. Tonal kremlər, pudralardan istifadə edəndən sonra onun altından su balansını saxlamaq və dərinin qocalmasının qarşısını almaq üçün nəmləndirici kremlərdən mütləq istifadə olunmalıdır".

Su balansının pozulması və vitamin çatışmazlığı dərinin erkən qocalmasına səbəb ola bilər. Müasir tibdə dəri hüceyrələrinin yenilənməsi üçün kosmetoloji vasitələrdən geniş istifadə olunur. Buna müxtəlif mezoterapiyalar aiddir: "Ümumiyyətlə göz ətrafı, üz, əllər və bədən üçün olan kremlərdən müalicə məqsədilə istifadə etmək olar, lakin onların istənilən nəticəni verib-verməyəcəyi bir qədər sual altındadır. Son vaxtlar istifadə olunan aparat kosmetologiyası bu sahədə daha yaxşı nəticələr verir. Gözün alt və üst qatında olan qırışlar, sallanmalar qeyri-invaziv yolla kəsiksiz və qansız icra edilərək aradan qaldırılır və proseduralardan sonra sağalma müddəti təxminən bir həftə çəkir",- deyə həkim-dermatoloq bildirib.

Təbii maskalar da dəriyə qulluq baxımından olduqca effektlidir. Dərinin daha təravətli görünməsi üçün mütləq çoxlu maye qəbul etmək və sağlam qidalanmaq da vacib amillərdəndir.


Etiketlər:  Dəridə qocalmanın qarşısını almaq üçün tətbiq edilən üsullar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ